Muzeyin nəşrləri
Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında
Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında

“Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”. Bakı, “Ziya”, NPM, 2013, 206 s.

Kitabda H.Z.Tağıyevin ilk bioqrafı olmuş Nəriman Nərimanovun, 1903-cü ildə çap olunmuş naməlum müəllifin, Nağı bəy Şeyxzamanlının müasirləri tərəfindən “millət atası” adlandırılmış H.Z.Tağıyev haqqında oçerklərinin tam mətnləri verilmişdir. Burada həmçinin dövrün görkəmli ziyalılarının Tağıyevin fəaliyyəti, o cümlədən müsəlman dünyasında ilk qız məktəbinin açılışı və Mərdəkan bağçılıq məktəbinin təşkili ilə bağlı yazdıqları fikirlər də oxuculara təqdim olunur.

Kitabın maraq doğuran məqamlarından, “H.Z.Tağıyev toxuculuq fabriki fəhlələrinin gözü ilə” və “H.Z.Tağıyev Bakı sakinlərinin xatirələrində” fəsilləri qeyd edilmişdir. Müasirlərin Tağıyevə həsr etdikləri şeirlər də kitabda öz əksini tapmışdır.

Kitab haqqında
Adı:
Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında
Müəllif(lər):
Fərhad Cabbarov. Elmi redaktor: akademik Nailə Vəlixanlı