Muzeyin inciləri
Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfər Qulu xana məxsus əlcək
Şuşanın mənəvi mədəniyyətinin bir parçasını idman təşkil edirdi. Burada İbrahimxəlil xanın əsasını qoyduğu zorxana Cəfərqulu xan tərəfindən inkişaf etdirilmiş, həmin zorxanada Yaxın şərqdə və Qafqazda böyük şöhrət qazanmış Nabat, Seyid Həsən kimi pəhləvanlar yetişmişdi. Cəfərqulu xan Cavanşir özü də idmanı çox sevərdi, xüsusilə ovçuluq onun əsas hobbisi olmuşdur. O, quş ovuna xüsusi təlim görmüş şahinlə gedərdi. Onun şahinlə ova marağı Milli Azərbaycan Tarixi Muzeyində qorunan, Avropada istehsal edilmiş ov əlcəyilə təsdiq olunur. Əlcək muzeyə Şuşanın məşhur Mehmandarovlar ailəsi tərəfindən təhvil verilsə də, inventar kitabda onu Cəfərqulu xanın şahin ovunda istifadə etdiyi qeyd olunmuşdur.
Eksponat haqqında məlumat
Adı:
Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfər Qulu xana məxsus əlcək
Dövr:
XIX əsr
Tapıldığı yer:
Ölçüləri:
İnventar nömrəsi:
EF № 1804