2013-cu ildən Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən H.Z.Tağıyev klubun yaradılmasında ilkin məqsəd ictimaiyyətə öndər, vətənpərvər nümunə olan şəxsiyyətin həyat və fəaliyyəti haqqında əsaslı bilgiləri paylaşmaq və böyüyən gənc nəslin milli-mənəvi dəyərlərə sahib çıxmağa təşviq etməkdir.
İl ərzində iki dəfə (yanvar-may və sentyabr-dekabr ayları) ödənişsiz olaraq ayrı-ayrı məktəb qrupları mütəxəssislər tərəfindən keçirilən mövzular üzrə yekun imtahan verir, daha sonra məzunlar sertifikat və hədiyyə-kitablar ilə təltif olunurlar. 2016-cı ildən klub öz auditoriyasını onlayn qeydiyyat ilə toplayır, ekskursiyalar ilə yanaşı mövzu üzrə foto-slayd muhazirələr keçir və mövcud tələbə uyğun olaraq auditoriyasının arealını genişləndirərək, ictimaiyyətin bütün yaş təbəqələrini bura qəbul edir.
Hər il bu qruplarda 50-100 nəfər arası dinləyici iştirak edir, hətta H.Z.Tağıyev və ailəsi ilə bağlı muzeydə keçirilən tədbirlərin səhnəciklərində də həvəskar aktyor kimi iştirak ediblər. Klubun moderatoru Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Musayeva Ləman, layihənin rəhbəri isə t.ü.f.d., dosent Fərhad Cabbarovdur.