XƏBƏRLƏR
XƏBƏRLƏR -
Müsahibələr
19 Yanvar, 2017
Tarix Muzeyi mədəni irsimizin qorunduğu müqəddəs məkandır - akademik Nailə Vəlixanlı

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi hazırda ölkənin tarixi yaddaşının qorunduğu ən zəngin xəzinə, aparıcı mədəni-maarif, elmi-tədqiqat müəssisəsidir.

SalamNews bunu nəzərə alaraq Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilə müsahibə hazırlayıb. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Nailə xanım, əvvəl muzeyin rəsmi adı ilə bağlı soruşmaq istərdik.

- Əvvəla onu deyim ki, muzeyin yaradılması haqqında sərəncam 1920-ci ilin may ayının 15-də verilmişdir. İlk addımlarını “Doğma Diyarın Tədris Muzeyi” kimi atmağa başlayan muzeyin bu adına az sonra Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin ildönümü münasibətilə 1919-cu ilin dekabrın 7-də açılmış, lakin fəaliyyət göstərməyə macal tapmamış İstiqlal Muzeyinin varisi kimi “İstiqlal” adı da əlavə olunmuşdur. 1920-ci ilin oktyabr ayının 25-də Xalq Maarif Komissarlığının sərəncamı ilə ona Azərbaycan SSR Dövlət Muzeyi adı verilmişdir. Yarandığı gündən ilk dövlət muzeyi böyük xeyriyyəçi, görkəmli ictimai xadim Hacı Zeynalabdin Tağıyevin sarayında fəaliyyətə başlamış, ilk ziyarətçilərini 1921-ci ilin mayında qəbul etmişdir.salamnews.