XƏBƏRLƏR
XƏBƏRLƏR -
Müsahibələr
18 Aprel, 2011
"Prezident tərəfindən ayrılan vəsaitlə tarixi əhəmiyyətli eksponatlar alınacaq"

- Nailə xanım, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan AMEA-ya 1 milyon manat məbləğində vəsait ayrılıb. Sərəncamdan irəli gələn məsələlərlə bağlı nə işlər görülür?


- Bu sərəncamı çox yüksək dəyərləndiririk. Muzeyimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyac var idi. Bununla bağlı cənab prezident sərəncam imzalayıb. Əvvəllər də bu kimi tədbirlərin görülməsi üçün hörmətli prezidentimizin müvafiq sərəncamları olub. Bu sərəncamlar muzey üçün mühüm əhəmiyyətə malikdir. Prezident tərəfindən ayrılan vəsaitlə tarixi əhəmiyyətli eksponatlar alınacaq. Bundan başqa, muzeyimizdə korlanan, min illərlə yaşı olan əşyalar restavrasiya, konservasiya olunacaq. Artıq biz əhalidən müəyyən qədər müxtəlif əşyalar almışıq. Nəzərdə tutmuşuq ki, gələn həftə muzeydə yeni alınan eksponatların sərgisini keçirək.https://azadinform.az/