XƏBƏRLƏR
XƏBƏRLƏR -
Müsahibələr
16 May, 2021
Muzey əməkdaşı “1 AzTV” verilişinin qonağı olub
Muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov "9 may – Qələbə günü" münasibətilə AzTV-də yayımlanan “1 AzTV” verilişinin qonağı olub.
Şəfa Mövsümov çıxışında qeyd edib ki, Muzeyin Silahlar və bayraqlar, Köməkçi Tarixi Fənn Materialları və Köməkçi Materiallar fondlarında  İkinci Dünya müharibəsində həmvətənlərimizin fəal rolunu əks etdirən bir sıra materiallar qorunub saxlanılır və təbliğ olunur. Həmçinin Ş.Mövsümov Muzey tərəfindən hər il 9 May – Qələbə Günü münasibətilə eksponat, foto və rəsm əsərləri, həmçinin ön və arxa cəbhədə vuruşan əsgərlərin materialları, azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının şəxsi əşya, sənəd və ləvazimatları, döyüş sursatlarının müxtəlif sərgilərdə nümayiş olunduğunu xüsusi vurğuladı.
Çıxışının sonunda tədqiqatçı alim Azərbaycan qadınlarının da müharibədə iştirakı barədə, Bakı neftinin rolu və d. məlumatları izləyicilərə çatdırıb.
Ətraflı keçiddə  “1 AzTV”