Muzeyin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində 8 noyabr Zəfər Günü münasibətilə Vətən Müharibəsi Qəhrəmanı, qazi polkovnik-leytenant Anar Mirzəyevin döyüş yoluna həsr olunmuş tədbirdə iştirak edib. Ş.Mövsümov tədbirdə çıxış edərək, muzeyin Vətən Müharibəsi Fondunun fəaliyyəti barədə məlumat verib, muzeydə mütəmadi keçirilən şəhid və qazilərimizlə olan görüşlər haqqında danışıb.
Sonda Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant Kənan Vəliyev tərəfindən Ş.Mövsümov Fəxri Fərmanla təltif edilib.
Tədbirdə, həmçinin, Vətən Müharibəsi iştirakçısı olan qazilərimiz Amil Əbilov, Dəyanət Məmmədov və İlqar Cahangirov da çıxış ediblər.