Azərbaycan Milli Elmlər Akademiyasında “Şuşa İli” çərçivəsində görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin nümayəndələri, Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı iştirak ediblər.
Konfrans zamanı muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov, Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova AMEA Rəyasət Heyətinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa İli”ndə Qarabağ-Şuşa mövzusunda apardıqları tədqiqatlarına görə Fəxri fərmanla təltif olunublar.
Muzey əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.