«İstanbul Azərbaycan Kültür Evi»nin sədri Hikmət Elp Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya təşəkkürnamə plaketini təqdim edib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında tarixi, mədəni və humanitar əlaqələrin inkişafında muzeylər və mədəniyyət müəssisələri arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin və milli-mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində həyata keçirdiyi fəaliyyət qeyd olunub.
Hikmət Elp akademik Nailə Vəlixanlının rəhbərliyi ilə Milli Azərbaycan Tarixi Muzeyində aparılan elmi-tədqiqat və mədəni-maarif fəaliyyətini yüksək qiymətləndirərək, muzeyin Azərbaycan tarixinin və mədəni irsinin təbliğində mühüm rolunu qeyd edib.
Göstərilən diqqət və əməkdaşlığa görə minnətdarlığın ifadəsi olaraq akademik Nailə Vəlixanlıya «Təşəkkürnamə» plaketini təqdim edən Hikmət Elp gələcəkdə də Azərbaycan və Türkiyənin mədəniyyət və elm müəssisələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib.
Akademik Nailə Vəlixanlı göstərilən diqqətə görə təşəkkürünü ifadə edərək, Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəni irsin qorunması və təbliği sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.