Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Qafarlı Qənirə və Dadaşova Kübra Binəqədi rayonu 182 saylı tam orta məktəbdə olublar. Q.Qafarlı şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyi 100 ildə” mövzusunda mühazirə oxuyub. Slaydlarla müşayiət olunan çıxışda Muzeyin tarixi, yerləşdiyi tarixi bina, strukturu, ekspozisiyası, fondları haqqında ətraflı məlumat verilib. Mühazirəçi gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda danışıb. Mühazirə məmnunluqla qarşılanıb, verilən suallar Q.Qafarlı tərəfindən ətraflı cavablandırılıb. Mühazirənin sonunda Muzeyin meneceri K.Dadaşova ilə məktəbin müdiriyyəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” mövzusunda çıxış etmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) əməkdaşları - Qənirə Qafarlı, Günel Süleymanova, Sara Əhmədova, Səkinəxanım Mikayılova, Ayşən Hüseynova Müasir İnnovasiyalar Liseyində (MİL) olublar.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) öz elmi-kütləvi fəalliyyəti ilə yanaşı H.Z.Tağıyev irsinin davamçısı və təmsilçisi kimi xeyriyyə işlərinə də diqqət ayırır.