Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) əməkdaşları - Qənirə Qafarlı, Günel Süleymanova, Sara Əhmədova, Səkinəxanım Mikayılova, Ayşən Hüseynova Müasir İnnovasiyalar Liseyində (MİL) olublar. Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı azərbaycan dilində, Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşları - Günel Süleymanova və Sara Əhmədova rus və ingilis dillərində MATM-nin ekspozisiyası əsasında muzeyin tanıtımı mövzusunda çıxış ediblər. Slaydlarla müşayiət olunan çıxışlarda Muzeyin tarixi, yerləşdiyi tarixi bina, strukturu, ekspozisiyası, fondları haqqında ətraflı məlumat verilib. Mühazirədə həmçinin, H.Z.Tağıyevin həyatı və ev muzeyi haqqında çıxış edilib. Təqdim edilən slaydlar muzeyin Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Səkinəxanım Mikayılova və mühazirəçilər tərəfindən hazırlanmışdır. Mühazirələr şagirdlər tərəfindən böyük məmnunluqla və maraqla qarşılanıb, verilən suallar mühazirəçilər tərəfindən ətraflı cavablandırılıb.
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” mövzusunda çıxış etmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Qafarlı Qənirə və Dadaşova Kübra Binəqədi rayonu 182 saylı tam orta məktəbdə olublar.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) öz elmi-kütləvi fəalliyyəti ilə yanaşı H.Z.Tağıyev irsinin davamçısı və təmsilçisi kimi xeyriyyə işlərinə də diqqət ayırır.