XƏBƏRLƏR
16 Fevral, 2021
Muzeyin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
MATM-nin Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. S.Nəsirova və Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi, t.ü.f.d. F.Ağayev Özbəkistan İncəsənət Akademiyası və Kəmaləddin Behzad adına Milli İncəsənət və Dizayn İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş "Наука и художественное образование в современном обществе: актуальные проблемы и инновационные исследования " adlı beynəlxalq onlayn konfransda iştirak ediblər.
S.Nəsirovanın Muzeyin təkəlduz və süzəni tikmə kolleksiyasından bəhs edən “О двух похожих видах вышивки, популярных в Азербайджане и Средней Азии” (c.49-55) və F.Ağayevin “Юбилеи Низами и Навои в блокадном Ленинграде в 1941 году – как это было” (c.55-56) adlı məruzələri konfransın Materiallar toplusunda nəşr olunub. Sonda məruzəçilərə sertifikatlar təqdim edilib.
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” mövzusunda çıxış etmişdir.
Muzey əməkdaşı mühazirə oxuyub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Qafarlı Qənirə və Dadaşova Kübra Binəqədi rayonu 182 saylı tam orta məktəbdə olublar.
Muzey “Milli Azərbaycan Tarixi Muzeyi 100 ildə” adlı muzeydənkənar mühazirələrin keçirilməsinə start verib
Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) əməkdaşları - Qənirə Qafarlı, Günel Süleymanova, Sara Əhmədova, Səkinəxanım Mikayılova, Ayşən Hüseynova Müasir İnnovasiyalar Liseyində (MİL) olublar.
Milli Azərbaycan Tarixi Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi
AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) öz elmi-kütləvi fəalliyyəti ilə yanaşı H.Z.Tağıyev irsinin davamçısı və təmsilçisi kimi xeyriyyə işlərinə də diqqət ayırır.