XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
25 Sentyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda iştirak edib

24–25 sentyabr 2026-cı il tarixlərində Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetində “VI. Uluslararası Türk Mezar Taşları Sempozyumu” keçirilib. Beynəlxalq simpoziumda Türkiyənin müxtəlif şəhərlərindən, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Monqolustan və digər ölkələrdən alim və tədqiqatçılar iştirak ediblər.

Simpoziumda Milli Azərbaycan Tarixi Muzeyini Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva təmsil edib. O, tədbirdə “Azərbaycanın Şərqi Zəngəzur bölgəsindəki qoç və at fiqurlu məzar daşları: işğaldan sonra epiqrafik irsin qorunması” mövzusunda elmi məruzə ilə çıxış edib.

Simpozium çərçivəsində türk dünyasının məzar daşları, epiqrafik irsi və tarixi-mədəni yaddaşı, eləcə də bu irsin tədqiqi və qorunması məsələlərinə həsr olunmuş müxtəlif elmi məruzələr təqdim edilib.