XƏBƏRLƏR
XƏBƏRLƏR -
Təltiflər
09 İyun, 2021
Gənc heykəltəraş şəhid Xudayar Yusifzadənin büstünü Muzeyə hədiyyə etdi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ikinci kurs magistr tələbəsi Jalə Əliyeva hazırladığı Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin büstünü AMEA Milli Azərbaycan Tarixi Muzeyinə bağışladı. Muzeydə keçirilən görüşdə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak etdi. Nailə Vəlixanlı çox incə, zərif və şəhidimizə layiq bir sənət əsəri yaratdığına görə, eləcə də bu əsəri təmənnasız olaraq Muzeyə hədiyyə etdiyinə görə Jalə xanıma təşəkkürünü bildirdi. Gənc heykəltəraş onun işini yüksək qiymətləndirib, Muzeyin fonduna daxil edilməsindən qürur hissi keçirdiyini, vurğulayaraq, başqa şəhidlərimizin büstləri üzərində çalışdığını bildirdi. Muzey adından Jalə Əliyevaya təşəkkürnamə və xatirə hədiyyələri bağışlandı.

Büst “Dastana dönmüş bir şəhid ömrü (Şəhid Xudayar Yusifzadə)” adı ilə Muzeyin Vətən müharibəsi fonduna daxil edildi.

Heykəltəraş Jalə Əliyevanın hazırladığı büst ilə hazırda Muzeydə davam edən “Anadır arzulara hər zaman Qarabağ” sərgisində tanış olmaq olar.