AMEA Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı “Каспiй” qəzetinə müsahibə verib. Müsahibədə muzeyin problemləri, hazırki sərgilər, H.Z.Tağıyevin ev-muzeyinin ekspozisiyası, muzeyin pandemiya dövründə gördüyü işlər, struktur dəyişiklikləri, 100 illik yubiley ərəfəsində muzey tərəfindən nəşr olunmuş kitablar (16 kitab), muzeyin müxtəlif fondlarına yeni materialların daxil olması haqqında verilən suallara ətraflı cavablar və məlumatlar verilmişdir.
Sonda Nailə Vəlixanlı qeyd etdi ki, “Muzey təkcə eksponat demək deyil, muzey bizim əcdadlarımızın həyatı, onların düşüncəsi, hissləri, istedadı, tarixi ilə fəxr edə biləcəyimiz böyük xalqın bizə, övladlarına olan məhəbbəti deməkdir”.
Ətraflı keçiddə Kaspiy.az
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.