XƏBƏRLƏR
XƏBƏRLƏR -
Təltiflər
17 Dekabr, 2021
Muzey əməkdaşları təşəkkürnamə ilə təltif olunublar

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin bir sıra əməkdaşlarına təşəkkürnamə təqdim edilib. Belə ki, Vətən müharibəsinin tarixini əks etdirən materialların muzeyə cəlb edilməsi, muzey kolleksiyasının zənginləşdirilməsi işində xidmətlərinə görə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı və icraçı direktor, t.ü.f.d., dosent Fərhad Cabbarov  tərəfindən muzey əməkdaşları təşəkkürnamə ilə təltif olunublar.

Həmçinin muzeyin Təchizat və xidmət şöbəsinin əməkdaşları da üzərinə düşən vəzifələri keyfiyyətlə, uğurla yerinə yetirdiyinə görə rəhbərlik tərəfindən qiymətləndirilib.

Sonda muzeyin Həmkarlar təşkilatı tərəfindən əməkdaşlara Yeni il bayramı sovqatı təqdim edildi.