XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
24 Dekabr, 2021
Tarixçi alim Nərmin Tahirzadənin xatirəsi anılıb

Noyabrın 23-də Milli Azərbaycan Tarixi Muzeyində mərhum tarixçi Nərmin Tahirzadənin (1921-2012) anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan təhsil tarixinin mükəmməl araşdırıcısı, peşəkar muzey işçisi olan Nərmin Tahirzadə 50 ildən çox Milli Azərbaycan Tarixi Muzeyində çalışmış, ekskursiyaçıdan şöbə müdiri vəzifəsinədək əmək yolu keçmişdir. Alimə həsr olunmuş tədbirdə muzey əməkdaşları Nərmin xanım haqqında xatirələrini bölüşdülər. Tədbirdə iştirak edən təhsil tarixinin tədqiqatçısı, professor Ədalət Tahirzadə Nərmin xanımın arxivinin bir hissəsini muzeyə təqdim etdi.