Fəridə Məmməd qızı Şəmsi 12 fevral 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. F.Şəmsi 2004-cü ildən Azərbaycan İstiqlal Muzeyində baş muhafiz kimi fəaliyyətə başlamış, 2005-ci ildən 2019-cu ilə qədər isə direktor vəzifəsində çalışmışdır. Çalışdığı illər ərzində muzeydə və muzeydən kənarda müxtəlif mövzularda keçirilən 120-dən çox sərginin kuratoru olmuş, Rusiya, Belarus, ABŞ, Norveç və başqa ölkələrdə keçirilən beynəlxalq treninq və seminarlarda fəal iştirak etmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilmişdir. F.Şəmsi tarix və muzeyşünaslıq üzrə müxtəlif nəşrlərdə çap edilən 60-dan artıq məqələnin müəllifi, “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair Təlimatın”(2008) tərtibçisidır. 2019-cu ilin noyabrından Milli Azərbaycan Tarixi Muzeyində Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda isə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri vəzifəsində calışır. Bu müddət ərzində müxtəlif istiqamətlərdə bir neçə layihə üzərində işləmişdir. Öz fəaliyyətində yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə böyük diqqət yetirərək, gəncləri muzeyin müxtəlif layihələrində iştiraka cəlb edir.
Muzeyin kollektivi adından Fəridə xanımı səmimi qəlbdən təbrik edir, ona can sağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayırıq!