XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
19 İyun, 2023
Muzeyin əməkdaşının 60 illik yubileyi qeyd olunub

Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının müdiri İradə Qasımovanın 60 illik yubileyi qeyd olunub.

İradə Qasımova 14 iyun 1963-cü ildə Naxçıvanda anadan olub. 1981-1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. 1984-cü ildə Naxçıvan Radio və Televiziya mərkəzində operator vəzifəsində işə başlayıb. 1990-cı ildə Bakı şəhər Nərimanov rayonu 35 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışıb. 2007-2011-ci illərdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında (M.Ş.Vazeh adına kütləvi kitabxana) kitabxanaçı vəzifəsində işləmiş, sonra isə direktor müavini vəzifəsinə kimi yüksəlmişdir. İradə Qasımova 2019-cu ildən Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının müdiri vəzifəsində calışır. İradə Qasımova muzeyin ictimai həyatında fəal iştirak etmiş, çalışqan, məsuliyyətli bir əməkdaş kimi tanınmış, vicdanlı və keyfiyyətli işinə görə müdiriyyət tərəfindən mükafatlandırılmışdır.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı yubilyarı təbrik edərkən qeyd edib ki, İradə xanım az bir müddət ərzində idarəçilik qabiliyyəti, yüksək tələbkarlığı, üzərinə düşən vəzifəyə məsuliyyətlə yanaşması, həmkarlarına olan səmimi münasibəti ilə kollektivin hörmətini qazanıb.

Daha sonra muzeyin əməkdaşları İradə xanımı 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona can sağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayıb.