Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov "Bakinskiy raboçiy"(Бакинский рабочий) saytına müsahibə verib.
Səbuhi Əhmədov muzeydə təşkil olunmuş “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgi və sərgidə nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verib.
Sərginin kuratoru S.Əhmədov müsahibəsində bildirib ki, muzeyin silah kolleksiyasında XVI-XIX əsrlərə aid 1500-dən çox eksponat var. "Bu kolleksiyadan biz təkcə silah deyil, həmçinin milli sənətkarlığın əsl şah əsərləri olan 300 nümunə seçmişik. Silahlar kollektiv əməyin bəhrəsidir, filiz emalından tutmuş satışa kimi onların istehsalı üzərində çox adam çalışıb, ona görə də hər bir eksponat unikaldır. Silahlar muzeyimizdə əvvəllər də nümayiş etdirilib, lakin adətən bu, bəzi əlamətdar tarixlərə təsadüf edib. Əsasən Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsindən sonra xalqın ölkənin hərb tarixinə, xüsusən də silah-sursatına marağı kəskin şəkildə artdı".
Müsahibə ilə bağlı ətraflı keçidə nəzər yetirə bilərsiniz