Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov Qərbi Azərbaycan tarixinin tədqiqi ilə bağlı AZƏRTAC-a müsahibə verib.
Tədqiqatçı-alim Fərhad Cabbarov müsahibəsində qeyd edib ki, “Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə nitqi soydaşlarımızın tarixi torpaqlarına qayıtması, həmçinin, Qərbi Azərbaycan tarixinin daha dərindən öyrənilməsi sahəsində strateji yanaşmanı ortaya qoyur. Vaxtilə öz doğma yurd yerlərindən didərgin düşmüş azərbaycanlıların geri dönməsi məqsədilə xüsusi konsepsiyanın hazırlanmasına dair tövsiyə isə dövlətin və cəmiyyətin bu mühüm məsələnin icrasına daim hazır olmasına bir çağırışdır. Prezidentin bu məsələlərin məhz dinc yolla, beynəlxalq hüquq normaları çərçivəsində baş verəcəyini vurğulaması Azərbaycanın sülhsevərliyini, beynəlxalq hüquq, ədalət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Görüşdə Prezidentin bildirdiyi mühüm fikirlərindən biri də Qərbi Azərbaycanın tarixinə dair əsərlərin yazılması, onların xarici dillərə tərcümə olunması və dünyada yayılması ilə bağlı tövsiyə idi. Alimlər qarşısında mütəmadi olaraq qoyulan bu məsələ hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir və gələcəkdə yeni araşdırmalara təkan verəcək”.
Ətraflı keçiddə