XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
13 Dekabr, 2020
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda 2021-2025-ci illəri əhatə edəcək Tədbirlər planı müzakirə edilib. AMEA-nın Regional Şuşa Elmi Mərkəzinin, Qarabağ Regional Elmi Bölməsinin, Qarabağ Universitetinin yaradılması, həmçinin Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılmasının nəzərdə tutulduğu və s. yeni elmi-tədqiqat, struktur məsələləri diqqətə çatdırılıb. Tədbirlər planı müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
İclasda həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya 80 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı təqdim edilib. Akademik Nailə Vəlixanlını bu münasibətlə təbrik edir, yeni uğurlar arzu edirik.