XƏBƏRLƏR
XƏBƏRLƏR -
Təltiflər
10 Mart, 2021
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Fəxri fərmanla təltif olunub

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbiri AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. H.Qurbanov qeyd edib ki, AMEA-da çalışan qadınlar mühüm tədqiqatları ilə bu gün Azərbaycan tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətimizin inkişafında aktiv rol oynayır, iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə fəal iştirak edir.

O, daha sonra AMEA-nın elmi və ictimai həyatında fəal iştirak edən qadınlara Fəxri fərman təqdim edib. Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin elmi işçisi və Muzeyin Həmkarlar Təşkilatının sədri İnarə Muradəliyeva da  AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif olunub.

Muzey kollektivi adından İnarə Muradəliyevanı təbrik edir və yeni uğurlar arzulayırıq.