XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
01 İyul, 2021
Muzey əməkdaşının həmmüəllifliyi ilə Bakı limanının tarixinə dair kitab çap olunub

Milli Azərbaycan Tarixi Muzeyi Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun həmmüəllifi olduğu “Bakı limanı” kitabı çap olunmuşdur.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən hazırlanmış “Bakı limanı” kitabı CASPIGROUP (İstanbul) tərəfindən nəfis tərtibatda, çoxsaylı xəritə, fotoşəkil və illüstrasiyalarla Azərbaycan və ingilis dillərində çap edilmişdir.

Layihənin rəhbəri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru, siyasət elmləri üzrə fəlsəfə doktoru Taleh Ziyadov, redaktoru və koordinatoru hüquq elmləri üzrə fəlsəfə doktoru Pərvinə İsmayılovadır.

Beş bölümdən ibarət kitabın müəllifləri Nazim Ərəbov, Səbuhi Əhmədovdur.

Kitabda Bakı limanının keçmişindən, bu günündən və gələcəyindən bəhs edilir. Limanın beynəlxalq statusunu və Böyük İpək Yolunda önəmli rolunu nəzərə alaraq, bu sahədə yeni tədqiqatların aparılması zərurəti yaranıb.

Oxuculara təqdim edilən yeni kitab bu istiqamətdə atılan əsaslı addım kimi diqqəti cəlb edir. Burada indiyədək geniş ictimaiyyətə məlum olmayan faktlar və tarixi sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Bakı limanının inkişafında önəmli xidmətləri barədə informasiyalar, unikal fotoşəkillər, illüstrasiya və rəsmlər yer alıb.