AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2026-cı il üzrə ikinci (492) nömrəsi işıq üzü görüb. Jurnalın yeni sayında Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının müxtəlif mövzulara həsr olunmuş məqalələri dərc edilib.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayevanın 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasına həsr etdiyi “Bakının tarixi-memarlıq abidəsi” adlı məqaləsi jurnalın 19–21-ci səhifələrində dərc olunub. Məqalədə Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərinin memarlıq simasının formalaşmasındakı rolu, onun təşəbbüsü ilə inşa edilmiş tarixi-memarlıq nümunələri, eləcə də hazırda Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi Hacı Zeynalabdin Tağıyev sarayı haqqında məlumat verilir.
Həmin şöbənin baş mütəxəssisi Nigar Əhmədlinin Azərbaycan Xalq Rəssamı, Dövlət Mükafatı laureatı Maral Rəhmanzadənin anadan olmasının 110 illiyinə həsr etdiyi “Запах Баку” (“Bakının ətri”) adlı məqalə jurnalın 69–71-ci səhifələrində dərc olunub. Məqalədə Milli Azərbaycan Tarixi Muzeyində qorunan Maral Rəhmanzadənin rəsm əsərləri, onların mövzusu və sənətkarın yaradıcılığında tutduğu yer haqqında məlumat təqdim edilir.
Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Zülfiyyə Cəlilovanın görkəmli alim və muzeyşünas Nərmin Tahirzadənin anadan olmasının 105 illiyinə həsr etdiyi “Muzey işinə həsr olunmuş ömür” adlı məqalə jurnalın 62–65-ci səhifələrində yer alıb. Məqalədə Nərmin Tahirzadənin elmi və muzey fəaliyyəti, eləcə də onun muzeyin təşəkkülü, tarix elminin və muzeyşünaslığın inkişafı sahəsindəki xidmətləri əks olunub.
Muzeyin Vətən Müharibəsi Fondunun mütəxəssisi Gülnar Fərhadovanın “Şəhid Səid Cəfərovun əbədiyyətə gedən yolu” adlı məqaləsi jurnalın 93–95-ci səhifələrində dərc olunub. Məqalədə 2020-ci il Vətən müharibəsində şəhid olmuş Səid Cəfərovun həyat və döyüş yolu, onun keçdiyi hərbi xidmət yolu haqqında məlumat verilir.
Məqalələrin tam mətnləri ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Akif qızı Nəsirovanın “Azərbaycan Xalçaları” adlı məqaləsi elmi topluda nəşr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.