Milli Azərbaycan Tarixi Muzeyinin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqu (Bakı: "Aspoliqraf", 2025, s.240) işıq üzü görüb. Muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarovun ümumi redaktorluğu ilə çap olunan kataloqda 269 zabit və əsgərin, tibb işçisinin 2783 materialı təqdim olunur. Kataloqun tərtibçiləri: Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov, həmin fondun baş mütəxəssisi Pərvanə Əzimova, baş mütəxəssisi Mehriban Seyidzadə və mütəxəssisi Gülnar Fərhadovadır.
Qeyd edək ki, hal-hazırda Vətən Müharibəsi fondunun materiallarının bir hissəsi — şəhid və qazilərimizə məxsus əşyalar, müharibənin gedişini, tarixi qələbəni, Böyük Qayıdışı əks etdirən fotoşəkillər və eksponatlar muzeyin ekspozisiyasının “Zəfər” zalında sərgilənir.
Kataloq Vətən Müharibəsinin iştirakçılarının həyat və döyüş yolunu əks etdirən zəngin materialları ilə həm elmi-tədqiqat, həm də ictimai maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Akif qızı Nəsirovanın “Azərbaycan Xalçaları” adlı məqaləsi elmi topluda nəşr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.