2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli sərəncamına uyğun olaraq Əziz Əliyevin 130 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bu əlamətdar hadisə ərəfəsində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarovun “Əziz Əliyev. Görkəmli dövlət və elm xadimi” kitabı işıq üzü görüb. Yeni nəşrdə Əziz Əliyevin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik və elmi fəaliyyəti əks etdirilir, muzey və arxiv kolleksiyalarında, həmçinin ailə arxivində qorunan fotoşəkillər, sənədli materiallar təqdim olunur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan, ingilis və rus dillərində nəşr olunub.