XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
09 Sentyabr, 2021
Azərbaycan neftinin tarixinə dair yeni monoqrafiya nəşr olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun “Hədəf – Bakı: “qara qızıl” uğrunda mübarizə. 1917-1922” monoqrafiyası nəşr olunub. Əsərdə XX əsrin ilk rübündə Bakı nefti uğrunda gedən beynəlxalq mübarizə, xarici dövlətlərin maraqları, Bakı neft sənayesinin iqtisadi və sosial problemləri araşdırılır.

Zəngin arxiv materiallarına istinad etməklə 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi, region uğrunda hərbi-siyasi rəqabət və onun Bakı nefti uğrunda mübarizə ilə əlaqəsi, 1920-ci il aprel işğalından sonra neft sənayesində vəziyyət, Bakı neft rayonunda konsessiya siyasəti və digər məsələlər ətraflı işıqlandırılmışdır. Əsər tarixçilər, politoloqlar, beynəlxalq münasibətlər sahəsində mütəxəssislər üçün nəzərdə tutulub.