XƏBƏRLƏR

14 Sentyabr, 2021
Muzey əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc olunmuşdur
AMEA Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya elmi fond şöbəsinin kiçik elmi işçisi Fatma Qəniyevanın “Azerbaycan'ın geleneksel kültüründe etnik bir işaret olarak misafirperverlik” (Azərbaycan ənənəvi mədəniyyətində qonaqpərvərlik etnik marker kimi) adlı məqaləsi “Motif Akademi Halkbilimi Dergisi” beynəlxalq elmi jurnalında dərc olunmuşdur (MATM Etnoqrafiya fondunun materialları əsasında).
Məqalədə əsasən qonaqpərvərlik adətinin ailə və ailə məişəti ilə sıx qarşılıqlı əlaqədə formalaşması, həmçinin istər maddi, istərsə də mənəvi mədəniyyət elementlərinin öyrənilməsinə xidmət edən əşyaların istifadə üsulları və son olaraq bu prosesin icrasında vacib element olan davranış qaydalarından bəhs olunur.
Muzeyin əməkdaşı beynəlxalq konfransda iştirak edib
Çinin Şanxay şəhərində “5th International Conference on the Philosophy of Language, Literature and Linguistics” (“5-ci Beynəlxalq Dil, Ədəbiyyat və D...
Belarus İctimai Fotoqraflar Birliyinin sədri muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyinin növbəti qonağı Belarus İctimai Fotoqraflar Birliyinin sədri Vladislav Ruta olub. Vladislav Rutaya muzeyin ekspozisiy...
Qətərin nümayəndə heyəti muzeyi ziyarət edib
10–13 aprel 2025-ci il tarixlərində Bakıda keçirilən Qətər Mədəniyyəti Günləri çərçivəsində Qətərin nümayəndə heyəti Milli Azərbaycan Tarixi M...
Muzeyin əməkdaşı beynəlxalq konfransda iştirak edib
Moskvada “Rusiya tarixində Şərq zinətləri. Orta əsrlər dövrü və onun arxeoloji göstəriciləri” adlı konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tar...
Muzeyin əməkdaşı Özbəkistanda keçirilən konfransda çıxış edib
Özbəkistan Respublikası Elmlər Akademiyası Özbəkistan Tarixi Dövlət Muzeyinin təşkilatçılığı ilə “Muzeylər ənənələrin, novasiyaların və renovasiyaları...
Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri muzeyi ziyarət edib
Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri Zukan Helez və nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyində olublar. ...
Albaniya prezidentinin oğlu muzeyi ziyarət edib
XII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana səfər edən Albaniya Respublikasının Prezidenti Bayram Beqayın oğlu Dorian Beqay Milli Azərbaycan Tarix...
Türkiyənin Kapadokya Universitetinin əməkdaşı tərəfindən muzeydə seminar keçirilib
Türkiyənin Kapadokya Universitetinin əməkdaşı Hümeyra Tüfekçi Parlak tərəfindən muzeydə seminar keçirilib. Seminarda muzeyin əməkdaşları və “Böyük Qa...