XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
30 May, 2025
Muzeyin əməkdaşı Beynəlxalq Simpoziumda iştirak edib

İraq Respublikasının Kərkük şəhərində ilk dəfə olaraq, azərbaycanlı epiqrafika elminin yaradıcısı, professor Əjdər Ələsgərzadənin anadan olmasının 130 illik yubleyinə həsr olunmuş  “Türk incəsənəti, tarixi və folkloru” adlı XIX Beynəlxalq Simpozium keçirilib.

Simpozium İraq Respublikasının Türkməneli Vəqfi Zirvə Araşdırmalar və İnkişaf Mərkəzi (Kərkük), Türkiyə Cümhuriyyətinin Aydın Adnan Menderes Universiteti (Aydın) və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dos. Həbibə Əliyeva “Azərbaycan Epiqrafika elminin öyrənilməsində Əjdər Ələsgərzadənin rolu” adlı məruzə ilə çıxış edib.

Simpoziumun açlışı zamanı Türkməneli Vəqfi Zirvə Araşdırmalar və İnkişaf Mərkəzinə “Milli Azərbaycan Tarixi Muzeyinin İnciləri” və xeyriyyəçi, messenat Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən kitab-albomu hədiyyə olunub. Eyni zamanda, tədbir iştirakçıları ilə Azərbaycan, Türkiyə və Kərkük alimləri arasında gələcəkdə birlikdə elmi tədqiqatların aparılması, yayımlanması və türk-islam sənətinə aid mədəni irsin restovrasiyası və konservasiyası mövzusunda fikir mübadiləsi aparılıb.

Simpoziumda Azərbaycan, Türkiyə, İraq Respublikasının, Moldova, Özbəkistan, İran, Bolqarıstan, Tatarıstan( Rusiya) , Albaniya, Şimali Makedoniya və digər ölkələri təmsil edən 60-dan çox alim iştirak edib.