XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
17 Mart, 2026
Muzeyin nəşrləri Britaniya Kitabxanasında

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kolleksiyası əsasında hazırlanmış nəfis kataloqlar Londondakı Britaniya Kitabxanasının fonduna hədiyyə olunub. Britaniya Kral İncəsənət Cəmiyyətinin üzvü, doktor Nil Uotson muzey nəşrlərinin əhəmiyyətini vurğulayaraq, onların Britaniya oxucularında Azərbaycanın zəngin tarixi-mədəni irsi haqqında daha geniş bilgilər yaradacağına əminliyini bildirmişdir.

Qeyd edək ki, muzeyin nəşrləri Londonda səfərdə olan Azərbaycan alimi, doktor Zöhrə Əliyevanın dəstəyi ilə kitabxanaya təqdim edilib.