XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
12 May, 2026
Muzeydə Beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup-işi (work-shop) keçiriləcək

13 may 2026-cı il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup işi (Work-shop) keçiriləcək. Seminar Muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova tərəfindən Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasının tələbələri üçün təşkil olunur. Tədbir zamanı muzeylərin beynəlxalq istiqamətdə həyata keçirdiyi layihələr, əməkdaşlıq təcrübələri və beynəlxalq platformalarda iştirak imkanları barədə məlumat veriləcək. Eyni zamanda mövzu çərçivəsində tələbələr arasında interaktiv qrup-işi təşkil olunacaq.

Giriş sərbəstdir