
Çinin Şanxay şəhərində “5th International Conference on the Philosophy of Language, Literature and Linguistics” (“5-ci Beynəlxalq Dil, Ədəbiyyat və Dilçilik Fəlsəfəsi”) adlı konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Fatma Qəniyeva “The role of language in the formation of national identity in Azerbaijan in modern times” (Müasir dövrdə Azərbaycanda milli identikliyin formalaşmasında dilin rolu” adlı mövzuda məruzə edib (onlayn). Məruzə maraqla qarşılanıb və milli kimliyin digər komponentləri әtrafında müzakirәlәr aparılıb. Xəzər Universiteti və Şanxay Beynəlxalq Araşdırmalar Universiteti (SISU) tərəfindən birgə təşkil olunan konfransda Azərbaycan, Pakistan, Hindistan, Banqladeş, Səudiyyə Ərəbistan, İran, Nigeriya, Oman və başqa ölkələrin alimləri iştirak ediblər. Konfrans materialları Web of Science-də indekslənən “Corpus-based Studies Across Humanities/Khazar Journal of Humanities and Social Sciences” jurnalında dərc ediləcək.