Bu gün 27 yanvar AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təchizat və xidmət şöbəsinin müdiri Əliməmməd Hacı oğlu Məhərrəmovun 70 yaşı tamam olur.
Qeyd edək ki, Əliməmməd Məhərrəmov 30 ildən çox Milli Azərbaycan Tarixi Muzeyində çalışır. Onun muzeyin ümumi işlərinin həyata keçirilməsinə nəzarət edilməsində xüsusi əməyi vardır.
Həmçinin Ə.Məhərrəmovun rəhbərliyi ilə muzeyin elmi ekspozisiyası, yerli və beynəlxalq sərgilərin texniki işlərinin həyata keçirilməsində də xidmətləri böyükdür.
Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2010-cu il tarixli sərəncamı ilə Azərbaycanda tarixi-mədəni irsinin qorunub saxlanması sahəsində xidmətlərinə görə Əliməmməd Məhərrəmov “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Muzeyin kollektivi Əliməmməd müəllimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayır!