Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planı çərçivəsində muzeydə “Azərbaycanda dini vəhdət və milli din anlayışı: Əl-Bakuvi və Ö.F.Nemanzadə nümunəsi" mövzusunda elmi seminar keçiriləcək.
Məruzəçi muzeyin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadovdur.
Maraqlananlar iştirak edə bilər.
Tarix: 18.10.2022-ci il
Saat: 12:00
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.