17 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Arxeologiya elmi fond şöbəsinin və “Arxeo klub”un birgə təşkilatçılığı ilə “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş elmi seminar keçirilib.
Seminarda muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev “Albaniyanın maddi irsində antik yunan-Roma təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə muzey əməkdaşları ilə yanaşı, Xəzər Universiteti və Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. Mövzu dinləyicilər tərəfindən maraqla qarşılanıb və müzakirələr aparılıb.
Seminarın sonunda iştirakçılar üçün muzeydə ekskursiya təşkil olunub.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.