XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
27 Yanvar, 2025
Muzeyin direktoru AMEA-nın Rəyasət Heyətinin iclasında iştirak edib

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2024-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclasda iştirak edib. İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq, tədbirin gündəliyi barədə məlumat verib.

Tədbir çərçivəsində təşkil olunmuş sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış yeni nəşrləri nümayiş olunub. Bu nəşrlər muzeyin elmi və tədqiqat fəaliyyəti ilə yanaşı, Azərbaycan tarixinin öyrənilməsinə və təbliğinə töhfə kimi qiymətləndirilib.