XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
14 Noyabr, 2023
Muzeyin Ağqoyunlu dövləti dövrünə aid eksponatlarının fotoları “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitabda yer alıb

Noyabrın 13-də Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi isə t.ü.f.d., dosent Səbuhi Əhmədov olduğu “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitabın təqdimatı keçirilib. Kitab Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin 600 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” adlı sərgi çərçivəsində hazırlanıb. Kitabda görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin soy kökü, şəxsiyyəti, daxili və xarici siyasəti, orduda apardığı islahatlar, anası Sara Xatun, həyat yoldaşı Despinə Xatun, oğlu Sultan Yaqub, Ağqoyunlu dövründə Təbriz miniatür məktəbi, Ağqoyunlu silahları, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyində qorunan həmin dövrə aid eksponatların fotoları və onlar haqqında məlumatlar yer alıb.