XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
25 İyun, 2024
Muzeyin əməkdaşının “Minilliklərin yaddaşı- zərgərlik sənəti” adlı yeni monoqrafiyası işıq üzü görüb

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Gülzadə Abdulovanın muzeyin dəyərli kolleksiyası əsasında hazırlanmış “Minilliklərin yaddaşı- zərgərlik sənəti” adlı yeni monoqrafiyası işıq üzü görüb (Bakı: Aspoliqraf, 2023, 136 səh). Monoqrafiyanın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Muzeyin Arxeologiya, Etnoqrafiya və Xüsusi fondlarında qorunan unikal eksponatlar əsasında hazırlanmış monoqrafiyada Azərbaycanın zərgərlik sənətinin tarixi, xammal bazası, texniki üsulları və s. haqqında məlumat verilib. Zərgərlik sənət sahəsi Azərbaycan xalqının zəngin mədəni irsinin və sənətkarlıq ənənələrinin vacib bir hissəsini təşkil edir. Monoqrafiya həmçinin, sözügedən sənət sahəsinin təkamül proseslərini öyrənməyə şərait yaradır.

Qeyd edək ki, monoqrafiya zərgərlik sənətinə böyük töhfə vermiş Şuşanın magikan zərgəri Cahangir Əliyevin xatirəsinə həsr olunub.

Monoqrafiya tarixçilər, arxeoloqlar, etnoqraflar, sənətşünaslar, folklorşünaslar, tələbə və doktorantlar, zərgərlər, həmçinin xalqımızın milli-mənəvi və maddi dəyərlərinə yüksək qiymət verən geniş oxucu dairəsi üçün nəzərdə tutulub.