XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
23 Sentyabr, 2024
Azərbaycanın Əməkdar mədəniyyət işçisi Zərifə Dulayevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində tarixçi, muzeyşünas, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Zərifə Dulayevanın (1929-2022) 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov çıxışında qonaqlara Zərifə Dulayevanın elmi və ictimai fəaliyyətləri barədə ətraflı məlumat verib. Sonra muzeyin direktoru, akademik Nailə Vəlixanlı və muzeyin bir sıra əməkdaşları Zərifə Dulayeva haqqında öz xoş xatirələrini bölüşüblər və qeyd ediblər ki, Zərifə Dulayeva elmi fəaliyyəti ilə Azərbaycan tarixinə böyük töhfələr verib.
Tədbirin sonunda Zərifə Dulayevanın ailəsi adından çıxış edən - qızı Tamilla Hüseynova və kürəkəni Eldar Babayev tədbirin keçirilməsinə görə muzeyin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Tarixçi alim Zərifə Dulayevanın həyat və elmi fəaliyyəti barədə ətraflı keçiddə