30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq, tarix elmləri doktoru, professor Hidayət Cəfərovun 80 illik yubileyinə həsr olunmuş “Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Yerli və xarici alimlərin, eləcə də tanınmış mütəxəssislərin iştirak etdiyi konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları da məruzə ilə çıxış ediblər.
Muzeyin Arxeologiya elmi-fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva “Qarabağın İslam epiqrafik irsi: Ağdamın Abdal-Gülablı məscidinin kitabələrinin ilkin tədqiqi”, Fondların uçotu və elmi təsnifatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova isə “Qarabağın numizmatik tapıntıları (Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmiş materiallar əsasında)” mövzusunda məruzə ediblər.
Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Konfransın materialları nəşr olunub.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
2 iyul 2026-cı il saat 10:00-da Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.