Azərbaycan tarixində xüsusi yeri olan Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, general mayor Cəfərqulu xan Cavanşirin (1787–1866) vəfatının 160 illiyinə həsr olunan kitab Azərbaycan və Rusiya arxivlərində, həmçinin Azərbaycan, Rusiya və Gürcüstan muzeylərində qorunan sənədlər və tarixi eksponatlar əsasında hazırlanıb.
Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır. Təqdimat zamanı akademik Nailə Vəlixanlı XVIII–XIX əsrlər Azərbaycan tarixinin öyrənilməsində tarixi artefaktların əhəmiyyətini qeyd edib, nəşrin zəngin arxiv və muzey materialları əsasında hazırlanmasının elmi əhəmiyyətini vurğulayıb.
Tədqiqatda Cəfərqulu xan Cavanşirin həyat və fəaliyyətinə dair sənədlərlə yanaşı, Qarabağ xanlarının silah kolleksiyası ilə bağlı tarixi materiallara da müraciət olunub. Bu baxımdan nəşr Azərbaycan tarixinin, xüsusilə Qarabağ xanlığı dövrünün maddi və sənədli irsinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.
Təqdimatda Cəfərqulu xan Cavanşirə məxsus olmuş xəncərin silahsaz usta Cahangir Əhmədov tərəfindən hazırlanmış replikası da nümayiş etdirilib.
Kitabın müəllifi Səbuhi Əhmədov araşdırma zamanı üzə çıxarılan yeni faktlar, istifadə olunan arxiv sənədləri və tarixi materiallar haqqında məlumat verib.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
2 iyul 2026-cı il saat 10:00-da Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.