XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
29 Dekabr, 2024
Muzeyin “Güləbətin tikmə” adlı yeni kataloqu işıq üzü görüb

Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında “Güləbətin tikmə” adlı yeni kataloqu işıq üzü görüb. Kataloqun elmi redaktoru muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri,  t.ü.f.d., dosent Gülzadə Abdulova, müəllifi həmin şöbənin kiçik elmi işçisi  Fəridə Xəlilovadır.

Kataloqa Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına aid olan geyim elementləri, evlərin daxili sahmanı üçün istifadə edilən maddi mədəniyyət nümunələri, aksesuarlar, islam dininə aid materiallar, patrondaşlar, yəhərüstülər, tikmələr daxil edilib.

Azərbaycan xalqının ənənəvi məişətində əsas yer tutan bədii tikmə növləri güləbətin, təkəlduz, muncuq və pilək tikmələr olmuşdur. Müxtəlif texnikalarla ərsəyə gələn bu tikmə üsulları vasitəsilə bir-birindən fərqli, gözoxşayan sənət nümunələri meydana gəlmişdir.

Qeyd edək ki, kataloq Azərbaycan xalqının bədii tikmə sənətini və mədəniyyətini daha dərindən tanımaq üçün qiymətli bir mənbədir.