XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
23 Yanvar, 2025
“Milli Azərbaycan Tarixi Muzeyinin Son Tunc-Erkən Dəmir dövrünə aid Naxçıvan kolleksiyası” adlı kitab nəşr olunub

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan maddi-mədəniyyət nümunələri əsasında hazırlanmış, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Milli Azərbaycan Tarixi Muzeyinin Son Tunc-Erkən Dəmir dövrünə aid Naxçıvan kolleksiyası” adlı kitab nəşr edilib. Kitabın elmi məsləhətçisi akademik Nailə Vəlixanlı, elmi redaktoru tarix elmləri doktoru, professor Nəcəf Müseyibov, müəlliflər: t.ü.f.d. Laçın Mustafayev və t.ü.f.d. Aida İsmayılovadır. Nəşrdə Naxçıvanın Son Tunc-Erkən Dəmir dövrünə aid müxtəlif arxeoloji tapıntılar təqdim olunur. Tapıntıların klassifikasiyası aparılmış, onların müqayisəli və analitik təhlili verilmişdir. Eyni zamanda, tapıntıların tarixi əhəmiyyəti və Azərbaycanın maddi-mədəni irsinin öyrənilməsindəki rolu tədqiq olunmuş, həmin dövrdə Naxçıvanın digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinə toxunulmuşdur. Nəşrdə qeyd olunur ki, Naxçıvanın Son Tunc-Erkən Dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri Şərqin yüksək inkişaf etmiş sivilizasiyaları ilə müqayisədə geri qalmadığını göstərən faktlardır.

Kitab tədqiqatçılar, tarixçilər və geniş oxucu auditoriyası üçün dəyərli bir elmi vəsait kimi əhəmiyyətlidir.