Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - direktor müavini, dosent Həbibə Əliyeva, t.ü.f.d. Əli Fərhadov, Aynur Babayeva Türkiyənin Konya şəhərində keçirilmiş beynəlxalq simpoziumda onlayn formatda iştirak ediblər. 14-cü Beynəlxalq Türk Mədəniyyəti, Sənəti və Mədəni Mirası Qoruma Simpoziumunda dos. H.Əliyeva "Türk-islam mədəniyyətini təcəssüm etdirən Şahxəndan türbəsi", Ə.Fərhadov "Azərbaycanda islam: əl-Bakuvi nümunəsi", A.Babayeva "ICOM Azərbaycan Milli Komitəsinin muzeylərin beynəlxalq münasibətlərindəki rolu və əhəmiyyəti" adlı məruzələrlə çıxış ediblər. Simpoziumun materialları toplusu nəşr ediləcək.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.