Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında hazırlanmış “Qarabağın görkəmli ziyalıları” adlı yeni kitab-albom işıq üzü görüb (Bakı: Aspoliqraf, 2024, 192 s.). Kitabın elmi redaktoru muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d., professsor Nərgiz Əliyeva, müəllifləri isə həmin şöbənin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov və baş mütəxəssisi Elmira Əliyevadır.
Kitabda muzeyin fondlarında qorunan və öz unikallığı ilə seçilən Qarabağın 61 görkəmli ziyalısına aid 1015 adda şəxsi əşya, sənəd və fotoşəkil haqqında geniş məlumat təqdim olunur.
Kitab-albom Qarabağ ziyalılarının irsinin öyrənilməsi baxımından mütəxəssislər və tədqiqatçılar üçün əhəmiyyətli mənbədir.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Akif qızı Nəsirovanın “Azərbaycan Xalçaları” adlı məqaləsi elmi topluda nəşr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.