Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rus dilində “Zəngəzurun VII–XII əsrlər tarixindən” adlı yeni monoqrafiyası nəşr olunub (Bakı: "Aspoliqraf", 2024, 224 s.).
Əsərdə XIV əsrdən etibarən “Zəngəzur” adı ilə tanınan, ərəb və monqol istilaları arasındakı dövrü əhatə edən, tarixi Azərbaycan ərazilərindən birinin tarixi keçmişi tədqiq edilir. Monoqrafiya çoxdilli yazılı mənbələrin və müasir elmi ədəbiyyatın müqayisəli təhlili əsasında hazırlanıb.
Tədqiqatda Zəngəzur bölgəsinin əhəmiyyətli hissəsini təşkil edən və erkən orta əsrlərdə Qafqaz Albaniyasının tərkibində olmuş Süni (Sisəcan, Sisakan) bölgəsinin tarixi-coğrafi və siyasi xüsusiyyətləri geniş şəkildə araşdırılır. Müəllif erməni və rus tədqiqatçılarının əsərlərində rast gəlinən qərəzli və ziddiyyətli yanaşmaları elmi əsaslarla təkzib edir. Monoqrafiya Zəngəzurun Azərbaycan tarixindəki yerini və bölgənin VII–XII əsrlər dövründəki tarixi-siyasi inkişaf proseslərini elmi ictimaiyyətə təqdim etməklə yanaşı, bu mövzuya yeni baxış və yanaşma təqdim edir.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Akif qızı Nəsirovanın “Azərbaycan Xalçaları” adlı məqaləsi elmi topluda nəşr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.