Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda başlayan Vətən müharibəsi zamanı Tərtər-Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Mayor T.Bərxudarov 2020- ci ilin sentyabrın 30-da Suqovuşan ərazisində şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Toğrul Bərxudarov ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Toğrul Bərxudarovun şəxsi əşyaları (kitel, şalvar, səhra furajkası, mayor poqonları, kəmər, arayış, məktublar və fotoşəkil) muzeyin Vətən müharibəsi fondunda mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.