XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
02 İyul, 2026
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur

Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və dövlətçiliyin müdafiəsində mühüm xidmətləri olan Azərbaycan polisi 108 illik şərəfli inkişaf yolu keçmişdir.

Azərbaycanın ilk polis orqanı 1918-ci il iyulun 2-də Azərbaycan Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində yaradılmışdır. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın ərazi bütövlüyünün qorunması və separatizmə qarşı mübarizə uğrunda 930-dan çox polis əməkdaşı şəhid olmuş, 67 nəfər isə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul ölkəmizdə Azərbaycan Polisi Günü kimi qeyd edilir. Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən nəşr olunmuş kitablar, jurnallar, qəzetlər və digər ideoloji nəşrlər mühafizə olunur.

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir.