XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
12 Mart, 2021
Muzey əməkdaşı Respublika elmi konfransında çıxış edib

Gənclər üçün yaradılmış özünü inkişaf platforması "Gəncİlk"-də fəaliyyət göstərən Elm və mədəniyyət, təhsildə araşdırmalar departamentinin təşkilatçılığı ilə “Humanitar elmlərin inkişaf strategiyası” mövzusunda onlayn Respublika elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Fil.ü.e.d., professor Həcər Hüseynova qeyd edib ki, konfransın əsas məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirməkdir.

Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin  “Numizmatika və epiqrafika” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Azərbaycanda aşkarlanan XIII əsrə dair sikkə dəfinələri” mövzusunda elmi məruzə ilə çıxış edib. Gənc tədqiqatçı A.Məmmədova son arxeoloji tapıntılara, müasir numizmatik tədqiqatlara və metodlara, Milli Azərbaycan Tarixi Muzeyində qorunan sikkələrə istinadən Şirvanşah- Kəsranilər, Səlcuqilər, Çingizilər, Elxanilər və başqa sülalələr dövrünə aid sikkələrin səciyyəvi cəhətləri, aşkarlanma məkanları və dövrün ticarət əlaqələri barədə geniş məlumat verib.

Sonda materiallar toplanılaraq nəşr üçün hazırlanıb və iştirakçılara sertifkatlar təqdim edilib.